Azərbaycanda əsgərlərə 20 günlük məzuniyyət verilə bilər » Memur.az

Azərbaycanda əsgərlərə 20 günlük məzuniyyət verilə bilər

Azərbaycanda əsgərlərə 20 günlük məzuniyyət verilə bilərAzərbaycanda əsgərlərə 20 günlük məzuniyyətin verilməsi təklif edilir.

Oxu.Az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Belə ki, Ombudsman tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” qanunun 11-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən qısamüddətli 10 günlük məzuniyyətin, hər birinin müddətinin 10 gün olmaqla 2 dəfə verilməsi təklif edilir.