“Əziz Şuşa” beynəlxalq velosiped yarışı bu gün start götürəcək
cemiyyet
7-06-2023, 10:44
65

Oxu.Az-ın məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli turnirə Veloparkda start veriləcək.
Velosipedçilər ilk mərhələdə Lökbatan dairəsindən, Bakı Kənar Dairəvi yoldan və Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün stasionar postundan Bakı-Şamaxı-Yevlax avtomobil yoluna keçərək birinci tura Şamaxı rayonunda yerləşən “Shamakhi Palace Sharadil” hotel kompleksinin qarşısında yekun vuracaqlar.
Qeyd edək ki, iyunun 11-dək davam edəcək turnirdə dünyanın 14 ölkəsindən 16 komandanın heyətində 100-dən çox velosipedçi mübarizə aparacaq. Yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verəcək.