“Buta Airways” aviaşirkəti yeni Bakı-Volqoqrad marşrutu açır » Memur.az

“Buta Airways” aviaşirkəti yeni Bakı-Volqoqrad marşrutu açır

“Buta Airways” aviaşirkəti yeni Bakı-Volqoqrad marşrutu açırAZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti uçuş proqramının inkişafı çərçivəsində marşrut şəbəkəsində Bakıdan Volqoqrad şəhərinə yeni istiqamət açır.

Bu barədə “Buta Airways” aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, uçuşlar martın 16-dan etibarən həftədə üç dəfə həyata keçiriləcək. Uçuşlar Bakıdan həftənin çərşənbə axşamı, cümə və şənbə günləri, Volqoqraddan isə çərşənbə, şənbə və bazar günləri həyata keçiriləcək.

Biletləri aviadaşıyıcının www.butaairways.az saytında (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə də əldə etmək olar.

Bu reyslərə qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcəklər.