• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Vətəndaşlar evi necə ucuz ala bilərlər? - “Bakıətrafı çıxarışsız həyət evlərinə çıxarış verilsin” - TƏKLİF

Cəmiyyət

24-11-2022, 10:26

Vətəndaşlar evi necə ucuz ala bilərlər? - “Bakıətrafı çıxarışsız həyət evlərinə çıxarış verilsin” - TƏKLİFİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin noyabrın əvvəlində yaydığı məlumata görə, ipoteka müqavilələrinin sayı 40 faizə yaxın artıb. Belə ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 51 347 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi bağlanıb. Bu göstərici isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 549 və ya 39,5 faiz çoxdur. Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsinin 28 243 olmaqla Bakıda bağlandığı da diqqətə çatdırılıb.

Məlumdur ki, Azərbaycanda 2017-ci il mayın 1-dən MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşlar güzəştli ipoteka krediti ilə də əldə edə bilərlər. MİDA mənzillərinin güzəştlə əldə edilməsi qaydasını dövlət başçısı 2016-cı ildə verdiyi fərmanla təsdiqləyib. Lakin sözügedən güzəştli ipoteka kreditindən yalnız müəyyən qəbildən olan şəxslər faydalana bilirlər. Tələblərə cavab verməyən şəxslər isə güzəştsiz, qısamüddətli ipoteka kreditlərindən faydalanmaq məcburiyyətində qalırlar.

Maraqlıdır, ödənişlər kifayət qədər yüksək olduğu halda, ipoteka ilə ev alanların sayındakı artım nədən qaynaqlanır? Həmçinin güzəştli mənzilləri peşə fərqi olmadan ehtiyacı olan hər kəsin əldə etməsi niyə mümkün deyil?

Əmlak eksperti Elnur Fərzəliyev Oxu.Az-a açıqlamasında diqqətə çatdırıb ki, ipoteka kreditlərinə maraq daim olsa da, əvvəlki illərdə ayrılan ipoteka portfellərinin sayının az olması səbəbindən o qədər də əlçatan deyil:“Çünki normalda ipotekalarla bağlı rəsmi iş yeri tələb olunur, şəxsin aldığı əməkhaqqı həm ailənin yaşayışına, həm də ipoteka kreditlərinin ödənilməsinə yetməlidir. 2020-2021-ci illərdə pandemiyanın sərt vaxtında əmlak sahəsində də böyük çöküntülər baş verdi. Bütün bunlar nəticəsində nəinki kreditli mənzillərdə, hətta normal satışlarda da problem yarandı.

Əlçatanlığın aşağı səviyyədə olmasında inflyasiya da böyük rol oynadı. Belə ki, Azərbaycanda əmlak alanların bir hissəsi xaricdə, daha çox da Rusiyada yaşayan insanlardır. Yolların uzun müddət açıq olmaması bu sahəyə ziyan vurdu. Bu gün təkcə dövlət ipotekaları yox, həm də güzəştli və daxili ipoteka kreditləri də var. Bəzi tikinti şirkətləri var ki, onlar mənzilləri daxili kreditlə satırlar”.

Ekspert qeyd edib ki, mənzillərin satılması şirkətdaxili həyata keçirildikdə burada faiz daha çox olur:

“Satış 12 faizdən başlayır. Çox baha başa gəlməsinə baxmayaraq, ona da maraq artıb. Çünki şirkətdaxili ipotekalarda vətəndaşdan rəsmi iş yeri tələb olunmur. Sadəcə, ilkin ödəniş və evin aylıq ödənişinin vaxtında keçirilməsi tələb olunur. Təbii ki, vaxtında ödənilmədikdə ev geri alınır.

2020-ci ildən başlayaraq İpoteka və Kredit Zəmanət Fondunun mənzillərin kirayə öhdəliyi ilə verilməsi mexanizmi yaradıldı. Bundan da çox insan faydalandı, ötən iki ildə 2 600-dən çox mənzil vətəndaşlara bu öhdəliklə verilib. Bir ildən çoxdur ki, daşınmaz əmlak bazarında satılan mənzillərin əksəriyyəti kreditli yollarla satılır. Niyə vətəndaşlar buna üstünlük verirlər? Çünki son illərdə əmlak qiymətlərində kəskin artımlar baş verir”.

Həmsöhbətimiz bildirib ki, yavaş-yavaş normal ipoteka şərtləri ilə mənzil almaq şansı azalır:

“Çünki əvvəllər daha çox köhnə binalardan mənzil alırdılar, onların ümumi qiyməti isə elə də baha deyil. Amma köhnə binaların əksəriyyətinin istismar müddətinin bitməsi oradakı mənzillərin alışını ipoteka kreditinə çevrilməkdən məhrum edir. Yerdə qalır doqquzmərtəbəli binalar. Onlar isə o qədər də çox deyil. Üstəlik hər binadakı bütün mənzillər ipoteka ilə satılmır. Biz təxminən 25 il əvvəlki Bakı məhəllələrinin qiymətinə baxsaq, görərik ki, bugünkündən 10 dəfə ucuz olub. Qiymətlər təbii yolla artır. Vətəndaşlar da bilirlər ki, kreditlə bu gün ev götürdükdə onlar heç nə itirmirlər. 25 il kredit ödəməli olsalar belə, 25 il sonra evi satmaq istəsələr, ödədikləri pulu çıxaracaqlar, çünki evlər günbəgün bahalaşır. Ona görə də ipoteka kreditlərinə maraq artıb”.

Elnur Fərzəliyevin sözlərinə görə, marağın artmasının bir digər səbəbi isə vətəndaşın birdəfəlik ödənişlə ev almağı çatdıra bilməməsidir:

“İpotekaya yararlı mənzillər daha çox yeni tikililərdə yerləşir. Onların da satış qiyməti çox bahadır. Mərkəzə yaxın ərazidə birotaqlı, tam təmirli mənzilin qiyməti 100 min manatdan çoxdur. Hətta mərkəzdə birotaqlı mənzillər 150-160 min manata satılır və vətəndaşlar da onu alırlar. Lakin kirayə evə çıxmaq məcburiyyətində qalanlar da az deyil. Çünki kreditlə birotaqlı mənzil alan şəxs düşünür ki, müəyyən müddət sonra ailə üzvlərinin sayı artacaq və evi dəyişməyə məcbur qalacaq. Bunun özü müəyyən problemlər yaradır və bir qisim vətəndaş kirayələrdən asılı olur.

Paytaxtda bölgələrdən gələn vətəndaşlarımız da var. Onlar daha çox kirayə üçün Bakıətrafı qəsəbələrə üz tuturlar, çünki orada evlər ucuz olur. Həmçinin kənarlardakı çıxarışsız fərdi həyət evlərinin satışı da bina evlərinə nisbətən ucuzdur. Əksəriyyət bu gün ona üstünlük verir, lakin burada dövlət büdcəsi gəlirlərdən yararlana bilmir, çünki onların çıxarışı yoxdur. Çıxarış olanda vətəndaş hər kvadrata görə dövlətə vergi ödəyir. Fikrimcə, həmin həyət evlərinə çıxarış verilməsi sürətlənərsə, Prezident tərəfindən amnistiya tətbiq olunarsa, ipoteka kreditlərinin sayı bugünkü rəqəmlərdən dəfələrlə çox olar. Çünki həyət evləri ipotekaya yalnız bir şərtlə daxil edilir ki, torpağın və tikilinin çıxarışı olsun”.

Mütəxəssis Yasamal rayonundakı fərdi həyət evlərinin sökülməsindən də söz açıb:

“Orada çox sıx tikilmiş həyət evləri var, onların sökülməsi çox müsbət haldır. Çünki bir-birinə yaxın tikilməkdən əlavə, evlərin yaşı çoxdur, orada təbii fəlakət baş verərsə, böyük insan itkisi olar. Həm də şəhərin estetik görüntüsü baxımından sökülməsi yaxşıdır. Həmin əraziyə də maraq böyükdür, bölgələrdən gələn insanlar şəhərin tıxacına düşməmək üçün oraya üz tuturlar. Həmin evlər söküldükdən sonra tikiləcək binaların sayı, yəqin ki, yüzlərlə olacaq. Bu söküntü işlərini isə özəl tikinti şirkətləri aparır. Həmin tikinti şirkətlərinin bu sahəyə marağını artırmaq üçün münbit bazar yaratmaq lazımdır.

Onlar satdıqları mənzillərin hesabına söküb, tikirlər. Eyni vaxtda bu qədər ərazi sökülüb-tikilərsə və satış zamanı güzəşt tətbiq olunmazsa, həmin şirkətlər alıcı qıtlığı ilə üzləşəcəklər. Onların evləri sata bilməsi üçün həmin mənzillərə aşağı faizli ipoteka kreditləri tətbiq olunmalıdır. Əks halda bir binanın satılması çox uzun müddət aparır. Burada isə o şirkətlərə dövlət dəstək göstərməlidir. Hökumət, banklar tərəfindən bir qərar çıxarılsa ki tikilməkdə olan binalar ən aşağı faizli kreditlə satılır, bu, tikinti şirkətlərinə bir təkan olacaq ki, onlar daha sürətlə işlərini icra etsinlər. Bu gün onlara şərait yaradılmadığı üçün mənzilləri kreditlə sata bilmirlər. Şirkətlər evləri maksimum üç-beş illik daxili kreditlə satırlar ki, onun da aylıq ödənişi bir neçə min manata gəlib çıxır və vətəndaşın cibinə uyğun olmur”.

Bir sözlə, kreditli satışların sadələşməsinin həm ölkə iqtisadiyyatına böyük gəlir gətirmiş olacağını, həm də işsiz vətəndaşların sayının azalmasına xidmət edəcəyini demək mümkündür. Belə izah edə bilərik ki, bu gün tikinti sektorunda istifadə olunan bəzi avadanlıqlar daxili bazardan alınır. Tikintinin sürətlə həyata keçirilməsi kərpic və beton zavodlarının daim işləməsinə yol açır. Həmçinin binalar inşa edildikdən sonra mənzillərin daxili təmiri, əsasən, öz avadanlıqlarımızla həyata keçirilir. O mənzillərin əşyalarla doldurulmasında da yerli bazar rol sahibidir. Yəni vəsait daxildə dövr edir, xaricə axmır, beləliklə, bazarda canlanma yaranır.

Əmlak eksperti hesab edir ki, sadalanan faktorlar neftdən asılılığın azalmasına da xidmət edir:

“Tikinti şirkətlərinə ciddi nəzarət edilməlidir. Bakıda bu gün onlarla istismar müddətini başa vuran bina var, onlar sökülüb yeniləri ilə əvəzlənməlidir, amma bunun üçün də özəl sektorda maraq oyatmaq lazımdır. Biz xarici ölkələrdən kütləvi müştəri də cəlb edə bilərik. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra təkcə Rusiya vətəndaşları Türkiyədə minlərlə daşınmaz əmlak aldılar. Çünki ölkə müvafiq qanunları, kredit şərtlərini sadələşdirdi, nəticədə ölkəyə milyardlarla dollar pul axdı. O pul Azərbaycana da gələ bilərdi”.

Paylaş:
Digər xəbərlər
Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
Bu gün, 10:29
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
Dünən, 11:52
DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
20-05-2026, 15:53
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
15-05-2026, 10:14
Bakı metrosu WUF13 günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
14-05-2026, 14:41
ADY Qurban bayramı ilə əlaqədar Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir
13-05-2026, 10:33
Bazar günü keçiriləcək imtahanlarda sağlamlıq imkanları məhdud 42 şagird iştirak edəcək
Son xəbərlər
  • Bu gün, 15:11
    Mirziyoyev və Putin strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər
  • Bu gün, 10:34
    Bahar Muradova: Azərbaycan qadınların şəhərsalma proseslərində iştirakını dəstəkləməyə hazırdır
  • Bu gün, 10:33
    Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
  • Bu gün, 10:32
    Mərkəzi Bank ilə "Deutsche Bank" arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
  • Bu gün, 10:31
    Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
  • Bu gün, 10:30
    Vüqar Süleymanov: Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir
  • Bu gün, 10:29
    ANAMA rəhbəri: Azad olunmuş ərazilərdə 270 min hektardan çox sahə minalardan təmizlənib
  • Bu gün, 10:29
    AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
  • Dünən, 18:28
    VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI KƏLBƏCƏRƏ USTA KİMİ APRILIB ALDADILDI- “A-KOND 1” ŞİRKƏTİ ONLARIN PULLARINI VERMİR-İDDİA
  • Dünən, 12:28
    Emilia Saiz: "Kollektiv liderlikdə işi faktiki görən insanlar çatışmır"
  • Dünən, 12:24
    Ucar Rayon Mərkəzi Xəstəxanasında yeni Hemodializ şöbəsinin açılışı olub
  • Dünən, 11:52
    DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
  • Dünən, 11:52
    Yelena Şulyak: Ukraynadakı münaqişənin dörd ili ərzində mənzil fondunun 14 %-dən çoxu məhv edilib
  • Dünən, 11:50
    Azərbaycan Səudiyyə Ərəbistanı ilə enerji sektorunda əməkdaşlığı genişləndirəcək
  • Dünən, 11:50
    Nazir: "Fələstin Qəzzanın bərpası üçün Azərbaycanın təcrübəsindən istifadə etmək niyyətindədir" - EKSKLÜZİV
  • Dünən, 11:49
    Emin Hüseynov: Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıtması əsas hədəfimizdir
  • Dünən, 11:48
    Donald Tramp: Ərdoğan sərt adamdır
  • Dünən, 11:47
    Macarıstanda Konstitusiya dəyişir: Baş nazir iki dəfə seçilə biləcək
  • Dünən, 11:46
    Pezeşkian: İran müharibənin qarşısını almaq üçün bütün mümkün yolları araşdırıb
  • Dünən, 11:27
    Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri mina təhlükəsizliyi ilə bağlı maarifləndiriliblər
  • Dünən, 11:26
    "AzerGold" QSC-nin İdarə Heyətinin sədri ilə Esvatini Kralı arasında görüş keçirilib
  • 20-05-2026, 15:53
    Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
  • 20-05-2026, 13:05
    MEDİA-da D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə ikitərəfli görüş keçirilib
  • 20-05-2026, 13:04
    Azərbaycanın stolüstü tennisçiləri Tacikistanda "Prezident Kuboku"nda iştirak edəcəklər
  • 20-05-2026, 13:03
    Şamil Ayrım: "Bir millət, iki dövlət" anlayışı ilə qardaşlığımızı gücləndirməyə davam edəcəyik
  • 20-05-2026, 13:03
    Mikayıl Cabbarov: "Qanunsuz tikililərə sadə amnistiyanın tətbiqi əlavə risklər yarada bilər"
  • 20-05-2026, 13:02
    Azərbaycan XİN Kamerunu Milli Günü münasibətilə təbrik edib
  • 20-05-2026, 13:02
    Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar
  • 19-05-2026, 14:40
    İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib
  • 19-05-2026, 10:56
    Elçin Yusubov: Ağdam-Şuşa avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir
  • 19-05-2026, 10:54
    Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub
  • 19-05-2026, 10:53
    Azərbaycan və Slovakiya biznes əlaqələrinin gücləndirilməsini müzakirə edib
  • 19-05-2026, 10:10
    Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edəcək
  • 19-05-2026, 10:08
    Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur
  • 19-05-2026, 10:07
    Prezident: Biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...