Müəllimlərin sertifikasiyasının test imtahanı mərhələsi başlayır » Memur.az

Müəllimlərin sertifikasiyasının test imtahanı mərhələsi başlayır

Müəllimlərin sertifikasiyasının test imtahanı mərhələsi başlayırTəhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlayır.

Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, təhsilverənlərin sertifikatlaşdırılması qaydalarının tələblərinə uyğun olaraq test imtahanı ilə bağlı məlumat bir ay öncədən iştirakçıların şəxsi kabinetinə göndərilib.

Müəllimlər platformadan qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatla tanış ola bilərlər.