Bakıda “Formula 1”ə görə hərəkət daha da məhdudlaşdırılır » Memur.az

Bakıda “Formula 1”ə görə hərəkət daha da məhdudlaşdırılır

Bakıda “Formula 1”ə görə hərəkət daha da məhdudlaşdırılır“Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədar Bakıda hərəkət daha da məhdudlaşdırılacaq.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən verilən məlumata görə, bu gün gecə saatlarında İstiqlaliyyət küçəsinin Bünyad Sərdarov, Məmməd Əfəndiyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələri təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbilə bağlanacaq.

Bu küçələrdə nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. BŞH sürücülərə anlayışlarına görə təşəkkür edib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək.