Tarix : 25-05-2022, 22:09 | Bölmə: cemiyyet

Məktəblərdə bayramdan sonrakı ilk dərs günü nə vaxtdır? - AÇIQLAMA28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq, beşgünlük iş rejimində çalışan məktəbəqədər və ümumi təhsil müəssisələrində mayın 27-si həftənin son iş (dərs) günüdür.

Təhsil Nazirliyindən verilən məlumata görə, bayramdan sonrakı ilk iş (dərs) günü mayın 31-dir.

Altıgünlük iş rejimində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrində də mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs) günü isə mayın 30-u müəyyən olunub.

Oxşar xəbərlər