Azərbaycanda benzin istehsalı ARTDI » Memur.az

Azərbaycanda benzin istehsalı ARTDI

Azərbaycanda benzin istehsalı ARTDIAzərbaycanda 2021-ci ilin yanvar ayında 303,1 milyon manat dəyərində neft məhsulları istehsal edilib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici əvvəlki ilin yanvar ayı ilə müqayisədə 28,3 faiz artıb.

Bu dövr ərzində ölkədə 121,4 min ton avtomobil benzini, 187,8 min ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 40,8 faiz artıb, dizel yanacağının istehsalı isə 0,8 faiz azalıb.

Belə ki, yanacaq mazutunun istehsalı 18,3 dəfə, sürtkü yağlarının istehsalı 20,7 faiz artıb, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 13,6 faiz, neft koksunun istehsalı isə 18,3 faiz azalıb.

Pərakəndə ticarət dövriyyəsində isə istehlakçılara 182,4 milyon manat dəyərində avtomobil benzini və dizel yanacağı satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz çoxdur.