Naxçıvanda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

19-04-2026, 14:38

Naxçıvanda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilibDövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Naxçıvan Muxtar Respublikasının bütün ümumi təhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, 24 binada keçirilən imtahanlarda 5589 şagird iştirak edib.

Qeyd edək ki, imtahan saat 11:00-da başlayıb və 3 saat davam edib.

Mənbə: https://memurtv.az/bolge/17540-naxchivanda-tam-orta-tehsil-seviyyesi-uzre-buraxilish-imtahani-kechirilib.html