Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,5 milyard manat xərcləyəcək
16-10-2025, 10:19
2026-2029-cu illərdə Azərbaycanın dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin ( Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları) bərpasına və yenidən qurulmasına 13,5 milyard manat xərclənəcəyi proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Sənədə əsasən, həmin xərclərin əsaslı xərclərcə xüsusi çəkisi 23,5 % təşkil edəcək.
Mənbə: https://memurtv.az/bolge/16327-azerbaycan-yaxin-4-ilde-qarabag-ve-sherqi-zengezura-135-milyard-manat-xercleyecek.html