Naxçıvanda mənşə sertifikatlarının verilməsi 21 %-ə yaxın artıb
16-09-2025, 12:21
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlara 317 mənşə sertifikatı verilib.
"Report"un yerli bürosu xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % çoxdur.
Mənşə sertifikatlarının 64 %-i tikinti, 15,8 %-i mineral sular, 1,6 %-i meyvə-tərəvəz və tütün məmulatları, 18,6 %-i digər məhsulların ixracı üçün təqdim olunub.
8 ayda yerli Sertifikatlaşdırma və Metrologiya Mərkəzi 6 488 ədəd ölçmə vasitəsini yoxlayıb ki, bu da 1 il əvvələ nisbətən 77,7 % çoxdur.
Mənbə: https://memurtv.az/bolge/16098-naxchivanda-menshe-sertifikatlarinin-verilmesi-21-e-yaxin-artib.html