Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna yeni direktor təyin olunub

16-09-2025, 12:13

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna yeni direktor təyin olunubGəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna yeni direktor təyin edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor vəzifəsinə Vüsal Əliyev təyin olunub.

Qeyd edək ki, V.Alıyev sözügedən qurumda uzun müddət direktor müavini vəzifəsində çalışıb.

Mənbə: https://memurtv.az/bolge/16093-gence-dovlet-tarix-medeniyyet-qoruguna-yeni-direktor-teyin-olunub.html