Göyçayda yas mərasimində evin eyvanı uçub, 5 qadın xəsarət alıb
8-04-2025, 09:29
Göyçayda yas mərasimində evin eyvanı uçub.
"Report" xəbər verir ki, hadisə Vahidov Fərahim İsrafil oğluna məxsus evdə qeydə alınıb.
Evdə yas mərasimi zamanı mərasimdə iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvan uçub.
Nəticədə, 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, 1966-cı il təvəllüdlü Məmmədova Nazilə Məzahir qızı və 1963-cü il təvəllüdlü Əliyeva Susaxan Suru qızı həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar.
Araşdırma aparılır.
Mənbə: https://memurtv.az/bolge/14905-goychayda-yas-merasiminde-evin-eyvani-uchub-5-qadin-xesaret-alib.html