Beyləqanda silahlı insident olub
18-07-2024, 09:48
Beyləqan rayonunda silahlı insident olub.
"Report" xəbər verir ki, hadisə rayon mərkəzinin Məşədi Əzizbəyov küçəsində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Samir Axundov münaqişə zəminində tanışı, 1981-ci il təvəllüdlü Yusif Cuvarlını güllələyib.
Yaralı xəstəxanaya yerləşdirilib. Samir Axundov polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə: https://memurtv.az/bolge/13239-beyleqanda-silahli-insident-olub.html