Beyləqanda 5 otaqlı ev tamamilə yanıb

15-07-2024, 09:16

Beyləqanda 5 otaqlı ev tamamilə yanıbBeyləqan rayonunda evdə yanğın olub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, rayonun Bünyadlı kəndində ümumi sahəsi 270 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: https://memurtv.az/bolge/13214-beyleqanda-5-otaqli-ev-tamamile-yanib.html