Qarabağda məskunlaşmış erməniəsilli şəxslərin ilkin qeydiyyatı həyata keçirilir
16-11-2023, 12:26
“Hazırda Qarabağ iqtisadi rayonunda, o cümlədən Xankəndidə məskunlaşmış erməniəsilli şəxslərin ilkin qeydiyyatı həyata keçirilir”.
APA xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
O bildirib ki, bu proseslə bağlı müvəqqəti qərargah yaradılıb və məlumatlar mərkəzləşmiş qaydada verilir:
“Müvafiq məlumatlar uyğun zamanda təqdim olunacaq”.
Mənbə: https://memurtv.az/bolge/12259-qarabagda-meskunlashmish-ermeniesilli-shexslerin-ilkin-qeydiyyati-heyata-kechirilir.html