Ağcabədidə toyda 30-dan çox şəxs zəhərləndi
10-07-2023, 09:27
Ağcabədidə toyda kütləvi zəhərlənmə olub.
APA xəbər verir ki, Rəncbərlər kəndində keçirilən toy mərasimində 34 nəfər, o cümlədən 16 yetkinlik yaşına çatmayan şəxs qidadan zəhərlənib.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Zəhərlənən şəxslərin bir çoxuna ilkin tibbi yardım göstərilib və evə buraxılıb.
Mənbə: https://memurtv.az/bolge/11612-agcabedide-toyda-30-dan-chox-shexs-zeherlendi.html