Tarix : 13-07-2021, 12:52 | Bölmə: bolge

Gəncədə baş vermiş qəzada iki nəfər xəsarət aldıGəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2115” markalı minik maşını ilə “VAZ 21099” avtomobil toqquşub.

Qəza zamanı iki qadın - 1970-ci il təvəllüdlü Heydərova Zülfiyyə Surxay qızı və 1990-cı il təvəllüdlü Orucova Günel Müzadil qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Oxşar xəbərlər