Tarix : 2-05-2021, 12:02 | Bölmə: bolge

Goranboyda piyada təhlükəsizliyi ilə bağlı reyd keçirildi, 15-ə yaxın sürücü cərimələndi Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Memur.Az-a verilən məlumata görə, reyd zamanı keçidlərdə piyadalara yol verməyən sürücülər polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.Tədbirlər nəticəsində 15-ə yaxın sürücü məsuliyyətə cəl edilib.

Oxşar xəbərlər