Kanalda boğulan yeniyetmənin meyiti tapıldı » Memur.az

Kanalda boğulan yeniyetmənin meyiti tapıldı

Kanalda boğulan yeniyetmənin meyiti tapıldıSiyəzən rayonunda suda batan yeniyetmənin meyiti tapılıb.

Memur.Az-ın məlumatına görə, 2007-ci il təvəllüdlü, Siyəzən rayon sakini Murad Quliyev meyiti su kanalında tapılıb.

Onun meyiti Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.