Şirvanda kişi dəm qazından boğulub öldü » Memur.az

Şirvanda kişi dəm qazından boğulub öldü

Şirvanda kişi dəm qazından boğulub öldüŞirvanda dəm qazından ölüm hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Fətiyev Zəfər Sabir oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Onun meyiti müayinə olunması üçün məhkəmə-tibbi ekspertizasına aparılıb.

Fakt araşdırılır.