Göygöldə evdə partlayış olub, xəsarət alan var » Memur.az

Göygöldə evdə partlayış olub, xəsarət alan var

Göygöldə evdə partlayış olub, xəsarət alan varGöygöldə evdə partlayış baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qırıxlı kəndində qeydə alınıb. 

Hadisə nəticəsində 1979-cu il təvəllüdlü Əliyeva Fəridə Məhəmmədəli qızı hər iki ayağın, əlin və sifətin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib. Müayinə zamanı qadına ikinci dərəcəli termiki yanıq diaqnozu qoyulub. 

Məlumata görə, hadisə qadının yaşadığı evin vanna otağında baş verib.

Partlayışa səbəb qaz sızması olub. Fakt araşdırılır.