Xaçmazda bir nəfər dənizdə batdı » Memur.az

Xaçmazda bir nəfər dənizdə batdı

Xaçmazda bir nəfər dənizdə batdıXaçmazda bir nəfər gənc dənizdə batıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Niyazoba kəndində baş verib.

Axşam saatlarında dostları ilə dənizə gedən Xaçmaz sakini Pənah Bəhramoğlu dənizdə batıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunsa da, hələlik gəncin cəsədi tapılmayıb.

Axtarışlar davam etdirilir.