52 yaşlı kişini it dişləyib » Memur.az

52 yaşlı kişini it dişləyib

52 yaşlı kişini it dişləyib


Şəkidə 52 yaşlı kişini it dişləyib.

Milli.Az bildirir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, noyabrın 3-ü günorta saatlarında rayonun Şirinbulaq kənd sakini, 1965-ci il təvəllüdlü Şəmşir Habil oğlu Səlimov it dişləməsi xəsarəti ilə xəstəxanaya müraciət edib.

Müayinə zamanı məlum olub ki, sahibsiz it Şəmşir Səlimovun sol ayağın diz nahiyəsindən dişləyib. Ona lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.