Şabranda yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alan var » Memur.az

Şabranda yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alan var

Şabranda yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alan var


Şabranda yol qəzası baş verib.



Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Şabran rayonu, Günəşli kəndi ərazisindən keçən hissəsində "Shacman" markalı yük avtomobili və "Mercedes" markalı minik avtomobili toqquşub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər "Shacman" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfəri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.