Qadın avtobusdan yıxıldı - Vəziyyəti ağırdır » Memur.az

Qadın avtobusdan yıxıldı - Vəziyyəti ağırdır

Qadın avtobusdan yıxıldı - Vəziyyəti ağırdır


Lənkəran rayonunda yerli sakin avtobusdan yıxılaraq ağır xəsarət alıb.

Memur.Az report-a istinadən xəbər verir ki, rayonun Ləj kəndindən şəhər istiqamətində hərəkətdə olan sərnişin avtobusu Aeroport yaxınlığında saxlayıb və sərnişin düşürüb. Sərnişinlərdən biri - Bağdagül Qasımova avtobusdan düşərkən yıxılıb, nəticədə ağır xəsarət alıb.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, yaralı kəllə-beyin travması alıb, vəziyyəti ağırdır.