Cocuq Mərcanlı kəndi ərazisində çoxlu sayda sursat aşkar olunub » Memur.az

Cocuq Mərcanlı kəndi ərazisində çoxlu sayda sursat aşkar olunub

Cocuq Mərcanlı kəndi ərazisində çoxlu sayda sursat aşkar olunub
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində hərbi sursat tapılıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, agentlik tərəfindən Cocuq Mərcanlı kəndi ərazisində 280 hektar ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatına başlanılıb. Əməliyyatlara 90 nəfər işçi heyəti, 10 baş minaaxtaran it və 3 ədəd mexaniki minatəmizləmə maşını cəlb olunub.

Təmizləmə əməliyyatları başlanan tarixdən indiyədək 62 066 kv.m ərazi (27 866 kv.m. əl ilə və 34 200 kv.m. mexaniki üsulla), 11 ev təmizlənib və 5 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)) tapılaraq zərərsizləşdirilib. Kəndin əkin üçün nəzərdə tutulmuş ərazisində də təmizləmə əməliyyatlarına start verilib.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında, gələcəkdə yerli sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş torpaq sahələrində çoxlu sayda minaların mövcud olduğu aşkar olunub.