Ordubad Texniki Peşə və Sürücülük Məktəb kompleksi istifadəyə verilmişdir » Memur.az

Ordubad Texniki Peşə və Sürücülük Məktəb kompleksi istifadəyə verilmişdir

Ordubad Texniki Peşə və Sürücülük Məktəb kompleksi istifadəyə verilmişdirÜmummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin muxtar respublikada uğurla davam etdirilməsi iqtisadiyyatın sürətli inkişafına, yeni müəssisələrin və iş yerlərinin açılmasına səbəb olmuşdur. Yeni iş yerlərinin açılması və bütün sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi isə ixtisaslı və peşəkar kadrlara olan tələbatı artırmışdır. Bu səbəbdən də son illər muxtar respublikada peşə təhsilinin inkişafı diqqət mərkəzində saxlanılır, peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki bazası ilbəil möhkəmləndirilir. Ordubad Texniki Peşə və Sürücülük Məktəbi üçün yeni kompleksin istifadəyə verilməsi də muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.

Mayın 5-də – Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində Ordubad Texniki Peşə və Sürücülük Məktəb kompleksinin açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilir.

Son illər 200-dən çox təhsil müəssisəsi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmiş, müasir maddi-texniki və tədris bazası yaradılmışdır.

Təhsilin inkişafı konsepsiyasının tərkib hissəsi kimi peşə təhsili infrastrukturunun yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmışdır. Bu gün nazirliyin tabeliyində 4 peşə məktəbi və 1 peşə liseyi fəaliyyət göstərir. 2015-2016-cı tədris ilində peşə təhsili müəssisələrini 604 məzun bitirmişdir. Hazırda 25 ixtisas üzrə 633 müdavim müxtəlif peşə ixtisasları üzrə təhsilini davam etdirir. Məmməd Qəribov göstərilən diqqətə və yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin müəllimi Tural Zeynalov demişdir ki, muxtar respublikada təhsil müəssisələri ən müasir informasiya texnologiyaları ilə təmin edilir. Bir vaxtlar lövhədə yazmaq üçün tabaşir tapılmayan məktəblərimizdə indi dərsləri elektron lövhə vasitəsilə tədris edirik.

Təhsilimiz 20 ildə 100 illik inkişaf yolu keçib. Bütün bunlar xoşbəxt gələcəyin bünövrələridir. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində Ordubad Texniki Peşə və Sürücülük Məktəbi üçün yeni kompleksin istifadəyə verilməsi də kollektivin məsuliyyətini artırır, daha səylə işləməyə ruhlandırır.Ordubad Texniki Peşə və Sürücülük Məktəb kompleksi istifadəyə verilmişdirNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərində muxtar respublika əhəmiyyətli peşə məktəbinin istifadəyə verildiyini bildirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: Hər bir ölkənin inkişafı onun yetişdirdiyi ixtisaslı kadrlardan asılıdır. Ordubad Texniki Peşə və
Sürücülük Məktəbində təhsil alan, peşə öyrənən gənclər də gələcəkdə öz yaşayışlarını təmin etməklə yanaşı, həm də ölkəmizin inkişafına töhfələr verəcəklər. Bu mənada peşə təhsili hər bir ölkə üçün ali təhsil qədər əhəmiyyətlidir. Çünki iqtisadiyyatın bütün sahələrində ali təhsilli mütəxəssislərlə yanaşı, peşə ixtisası olan kadrlara da böyük tələbat vardır.

Ali Məclisin Sədri demişdir: Ölkəmizdə peşə təhsilinə xüsusi diqqət göstərilir. Hələ ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycanın gələcək inkişafına hesablanmış tədbirlər həyata keçirilmiş, ölkəmizin müxtəlif bölgələrində peşə məktəbləri fəaliyyətə başlamışdır. Bu tədbirlərin tərkib hissəsi kimi 1979-cu ildə Naxçıvan şəhəri 32 nömrəli peşə məktəbinin Ordubad filialı yaradılmış, 1980-ci ildə isə 166 nömrəli Ordubad orta Texniki Peşə Məktəbi kimi fəaliyyətini davam etdirmişdir. Məktəbin məzunları bu gün ölkəmizin müxtəlif sahələrində fəaliyyət göstərirlər. Ordubad Texniki Peşə və Sürücülük Məktəb kompleksi istifadəyə verilmişdirQeyd olunmuşdur ki, Ordubad şəhərində fəaliyyət göstərən peşə məktəbi uzun illər həm orta, həm də peşə təhsili verdiyi üçün ixtisaslı kadrların hazırlanmasında çətinliklər yaranırdı. Gənclər seçdikləri peşələrə tam yiyələnə bilmirdilər. Lakin bu gün istifadəyə verilən peşə məktəbi müxtəlif peşə sahələri üzrə ixtisaslaşmışdır. Artıq müdavimlər yalnız seçdikləri peşələr üzrə təhsil alırlar ki, bu da peşəkar kadr hazırlığında vacib məsələdir. Peşə məktəbinin binası tam müasir tələblərə cavab verir. Binada hər bir peşəyə aid emalatxanalar, elektron lövhəli siniflər, tədris avadanlıqları, sürücülük peşəsinə yiyələnmək istəyənlər üçün müasir avtotrenajorlar istifadəyə verilmiş, məktəbə ixtisaslı müəllimlər cəlb olunmuşdur. Bu da imkan verəcəkdir ki, peşə məktəbini bitirən gənclər seçdikləri ixtisas üzrə peşəkar kadr kimi yetişsinlər. Bu gün inkişaf etmiş ölkələrdə də peşə təhsilinə üstünlük verilir. Böyük şirkətlər özlərinin ayrıca peşə məktəblərini yaradırlar. Çünki keyfiyyətli və rəqabətədavamlı məhsul istehsal etmək üçün, ilk növbədə, peşəkar kadr hazırlığına diqqət yetirmək lazımdır.

Ali Məclisin Sədri demişdir: Bu gün muxtar respublikada gənclərə peşə təhsili vermək üçün lazımi imkanlar vardır. Hazırda muxtar respublikada yataqxanası olan peşə məktəb kompleksləri fəaliyyət göstərir. Bu məktəblərdə oxuyan gənclərə dövlətimiz tərəfindən təqaüd verilir. Bu gün Ordubad şəhərində istifadəyə verilən 522 yerlik peşə məktəbində müdavimlərin hərtərəfli təhsil alması, eləcə də məktəbin 100 yerlik yataqxanasında onların yaşayışı və qidalanması üçün lazımi şərait vardır. Muxtar respublikanın istənilən rayonundan, hətta Azərbaycanın digər bölgələrindən də müraciət edənlər bu məktəbdə təhsil ala bilərlər.

"Peşə məktəblərinin inkişafı bundan sonra da diqqətdə saxlanılacaqdır. Çünki peşəsi olmayan gənc gələcəkdə heç nəyə müvəffəq ola bilməz”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, hər bir gənc gələcək həyatını qurmaq üçün, ilk növbədə, peşə sahibi olmalıdır. İstər peşə təhsili, istərsə də orta ixtisas və ali təhsil almasından asılı olmayaraq seçdiyi ixtisası dərindən mənimsəməlidir. Bu tədbirlər ölkəmizdə ona görə həyata keçirilə bilir ki, Azərbaycan müstəqil dövlətdir. Ölkəmizdə ulu öndərimiz Heydər Əliyevin siyasi xətti və ideyaları uğurla həyata keçirilir. Bu gün Azərbaycanda, eləcə də onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında qurulanlar, yaradılanlar, mövcud inkişaf ulu öndər Heydər Əliyev siyasətinə sədaqətin və bu yolun uğurla davam etdirilməsinin nəticəsidir. Ulu öndərimizin doğum günü ərəfəsində istifadəyə verilən Ordubad Texniki Peşə və Sürücülük Məktəbi də dahi şəxsiyyətin ideyalarının həyata keçirilməsinin daha bir nümunəsidir. Ona görə də gənclərimiz bu yol üçün çalışmalı, bu yolun davamı üçün səy göstərməlidirlər. Hər bir gənc, ilk növbədə, yaxşı oxumalı, yaxşı peşə öyrənməli, ölkəsinə, vətəninə, millətinə sədaqətlə xidmət etməlidir. Budur Heydər Əliyev yolu.

Ali Məclisin Sədri bu yolda hər kəsə uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, Ordubad Texniki Peşə və Sürücülük Məktəbi yataqxana və tədris korpusundan ibarətdir. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan tədris korpusu 522 yerlikdir. Burada 12-si elektron lövhəli olmaqla 28 sinif otağı, 4 emalatxana, şahmat sinfi, müəllimlər, kompüter, tibb və arxiv otaqları, kitabxana, 2 bərbər otağı, bufet, idman zalı və hərbi kabinə vardır. Kitabxanada məktəbdə tədris olunan peşələrə uyğun 2 minə yaxın dərs vəsaiti və bədii ədəbiyyat qoyulmuşdur.

Məktəbdə qadın bərbəri, bərbər, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, xalçaçı, traktorçu-maşinist, qazanxana maşinisti, aşpaz köməkçisi, ofisiant, avtomobil sürücüsü, elektrik və rabitə montyoru olmaqla 11 peşə ixtisası tədris olunacaqdır. Sinif otaqları ayrı-ayrı ixtisaslara uyğun avadanlıq və əyani vəsaitlərlə təchiz olunmuşdur.Ordubad Texniki Peşə və Sürücülük Məktəb kompleksi istifadəyə verilmişdirMüəllimlərlə görüşən Ali Məclisin Sədri demişdir: Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin müasir şəraiti vardır. Gənclər burada hərtərəfli təhsil ala biləcəklər. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, məktəbdə nizam-intizam və tələbkarlıq artmalıdır. Müasir texnologiyalar, yeni innovasiyalar gənclərə hərtərəfli öyrədilməli, peşəkar mütəxəssislər yetişdirilməlidir. Müəllimlər daim öz üzərlərində işləməli, yeni tədris metodları tətbiq olunmalıdır.

Müəllimlərdən Afət Qasımova minnətdarlıq edərək demişdir ki, son illər muxtar respublikanın sürətli inkişafı təhsilin bütün pillələrini, o cümlədən peşə təhsilini də əhatə etmişdir. Ordubad Texniki Peşə və Sürücülük Məktəbi üçün yeni kompleksin istifadəyə verilməsi kollektivin böyük sevincinə səbəb olmuşdur.

Məktəbdə yaradılan şəraitdən səmərəli istifadə edəcək, gənclərin bacarıqlı mütəxəssis və əsl vətəndaş kimi yetişməsində bilik və bacarığımızı əsirgəməyəcəyik.

Məktəbin 100 çarpayılıq yataqxana binasında istirahət otaqları, camaşırxana, yeməkxana, komendant otağı, əşya və ərzaq anbarları vardır. Yataqxanada müdavimlərin rahatlığı üçün lazımi şərait yaradılmışdır.

Müdavimlər məktəbin həyətindəki təlim meydançasında əyani vərdişlərə yiyələnəcəklər. Meydança yol hərəkəti qaydalarına uyğun olaraq işarələnmiş, işıqforlar quraşdırılmışdır. Sürücülük kursu keçənlərin praktik vərdişlərinin artırılması üçün məktəbə "Naz Lifan-320” markalı minik avtomobili təqdim edilmişdir.

Məktəbin həyətində də geniş abadlıq işləri görülmüş, istirahət guşəsi, açıq idman qurğuları, futbol və basketbol meydançaları istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

(Qlobal.az)

Memur.az