LDU-nun pul yeyən keçmiş prorektorunu işə kim qaytarıb? » Memur.az

LDU-nun pul yeyən keçmiş prorektorunu işə kim qaytarıb?

LDU-nun pul yeyən keçmiş prorektorunu işə kim qaytarıb?Rüşvət üstündə həbs olunmuş Qorxmaz Ağayev tələbələrə hansı təhsili verə bilər...
Təhsil müəssisələrində problemlər bitmir ki, bitmir. Orta məktəblərdə ayrı, universitetlərdə isə başqa problemlər mövcuddur. Bu dəfə təhsilin keyfiyyətindən deyil universitetlərdə olan özbaşınalıqları diqqətinizə çatdıracağıq. Azərbaycanın bəzi universitetlərində korrupsiya halları davam edir. Davam etməyi bir yana qalsın, artıq daha da genişlənib, adiləşib və ən əsası qəbullanıb. Korrupsiya ilə bağlı bu günədək bir çox mübarizə tədbiri görülsə də, yenə də öz bildiyini edənlər var. Bakı şəhərindəki universitetlərlə yanaşı, bölgələrimizdə olan ali təhsil ocaqlarında da vəziyyət heç də ürəkaçan deyil. Kimin əli kimin cibində heç bilinmir. Bu hadisəni törədənlərə isə bəzən göz yumulur. Çox uzağa getmədən 2013 cü ildə korrupsiya ilə bağlı bir hadisəni nəzərinizə çatdırmaq istərdik. Burda məqsəd birmənalı deyil. Çünki həmin hadisəni törədən şəxs yenidən öz fəaliyyətinə başlayıb. Rüşvətxorluğa görə cəza çəkən şəxs heç nə olmamış kimi iş başına keçib. Xatırladaq ki, Lənkəran Dövlət Universitetində 15.04.2013-cü il tarixdə rüşvətlə bağlı bir fakt aşkara çıxmışdı. Bu hadisəni törədən isə müəllim yox Lənkəran Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışmış, biologiya elmləri üzrə fəlsəfə doktoru Qorxmaz Ağayev idi. Xatırladaq ki, rüşvət alan prorektor universitetin iqtisadiyyat və idarə etmə fakultəsinin 3-cü kurs tələbəsi Mirzəzadə Kamil Pəhlivan oğlunun xəstəliyi ilə bağlı akademik məzuniyyət verilməsinə dair müraciətinə əsasən, ondan 500 manat pul istəmişdi. Tələbə bununla bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdi. Müraciət əsasında tələbə ilə birgə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməliyyat həyata keçirib. İdarənin işçilərinin qəfil gəlişini görən Qorxmaz müəllim özünü yerə atır ki, halı pisləşib. Dərhal təcili yardım çağırılır. Halbuki, Qorxmaz müəllimin halı özündə idi. Sadəcə məqsədi aldığı pulları udmaq idi. Yeyəcəyini düşündüyü pulları udmaq istərkən, boğazında qaldı. Baş qarışıqlığından istifadə edən Q.Ağayev dərhal pəncərəyə yaxınlaşaraq, udmağa cəhd etdiyi yerə atıb. Amma Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin işçiləri məsələdən agah olur və qusulan pulları tapırlar. Beləliklə Q.Ağayevin rüşvət aldığı sübuta yetirilir. Bax burda deyiblər sən saydığını say gör fələk nə sayır. Məsələ ilə bağlı aparılan məhkəmə işinin nəticəsində Cinayət məcəlləsinin 178.2.3-cü (dələduzluq) və 311-ci (rüşvət alma) maddələrinə əsasən təqsirli bilinən Q.Ağayev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il müddətində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum edildi. Sonradan Şirvan Apeliyyasiya Məhkəməsinin qərarı ilə Q.Ağayev cəzası 6 ildən 3 ilə endirilib. 23.09.2015 –ci il tarixinə cəza 6 ay 22 gün çəkilməmiş cəzası qalmışdır. Daha sonra isə Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 23.09.2015-cil il tarxili qərarı ilə Q.Ağayevin daxili nizam intizam və digər müsbət keyfiyyətlərinə görə və etdiyi cinayət əməlindən peşman olduğuna, təyin olunmuş cəzanın yarısından çoxunu çəkdiyinə görə bütün bunlar nəzərə alınaraq azadlığa buraxılmışdır. Və buraxılan kimi də Q.Ağayev vaxt itirmədən baş müəllim kimi universitetə geri qayıdıb. Görünür, yediyi və udduğu pullar azlıq edib ki, azadlığa çıxar-çıxmaz özünü pul ocağına atıb. Qəribədir, keçmiş prorektorun törətdiyi bu əməl nə tez unuduldu? Əgər hər hansı korrupsiya əməli törədən şəxs bir müddət sonra əvvəlki həyat tərzinə geri dönəcəksə, onda görülən tədbirlərin xeyri nədir? Axı nəyi əsas gətirib Q.Ağayevi yenidən vəzifəyə qaytarıblar? Pul yeyən adını qazanmış, internetlərdə şəkilləri, videoları və haqqında saysız hesabsız yazılar olan Q.Ağayev təhsil müəssisəsində müəllim işləyir. Tələbələr ondan hansı təlim-tərbiyə və ya təhsil öyrənəcəklər? Bəlkə sabiq prorektor onlara rüşvətxorluğun sirlərini öyrədəcək? Amma bu şəxsi vəzifəyə qaytaran şəxslərin nəzərinə bir atalar sözünü çatdırmaq istəyirik:
İnsan yeddisində nədirsə yetmişində də odur.
Qarşı tərəfi də dinləyə bilərik.

Memur.az