Gəncədə 3 mərtəbəli binada yanğın baş verib » Memur.az

Gəncədə 3 mərtəbəli binada yanğın baş verib

Gəncədə 3 mərtəbəli binada yanğın baş veribMemur.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncədə 3 mərtəbəli binada yanğın baş verib

Hadisə bu gün saat 21 radələrində şəhərin Ruzigar Qasımov küçəsi, bina 7, mənzil 11 ünvanında qeydə alınıb. Əraziyə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 4 texnikası və 24 canlı qüvvəsi cəlb edilib. Yanğının digər binalara keçməsinin qarşısı alınıb. 64 yaşlı Şəfiqə Eyvazovaya məxsus mənzilin ümumi sahəsi 12 kvadretmetr olan yataq otağında qeydə alınan yanğın zamanı 2 kvadratmetr hissə yanıb. İlkin ehtimallara görə, hadisəyə səbəb elektrik naqillərində yaranan qısaqapanma olub. Fakt araşdırılır.

Rahib Nadirov Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini - "Bina təhlükəli və tez alışan maddələrdən olduğuna görə 4 yanğın söndürən avtomobil hadisə yerinə gəlib. Yanğın yerinə gələn yanğın söndürənlərin səyi nəticəsində yanğının yayılmasının qarşısı qısa müddətdə alınıb. Yanğında xəsarət alan yoxdur, dəyən ziyan araşdırılır".

----------

22:10

Memur.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncədə mənzildə yanğın baş verib. Hadisə şəhərin Ruzigar Qasımov küçəsi, bina 7, mənzil 11 ünvanında qeydə alınıb.