Goranboyda maskalılar evi qarət etdilər » Memur.az

Goranboyda maskalılar evi qarət etdilər

Goranboyda maskalılar evi qarət etdilərOnlar nənə və nəvənin üzünə qaz püskürüblər.

Goranboyda maskalı şəxslər yaşayış evinə basqın edib.

Memur.Az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Baxçakürd kəndində qeydə alınıb.

Kənd sakini, 1951-ci il təvəllüdlü Mina Məhərrəmovanın yaşadığı evə girən 2 maskalı şəxs onun və 2004-cü il təvəllüdlü nəvəsi Nilufərin üzünə qaz püskürdüb, bıçaqla hədələyib və mənzildən 160 manat pul, 1500 manat dəyərində qızıl aparıblar.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü Mahmud Xanov və Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Ayaz İsgəndərov tutulublar.