Yeyib-içib dostlarını meşədə basdırdılar - YENİLƏNİB » Memur.az

Yeyib-içib dostlarını meşədə basdırdılar - YENİLƏNİB

Yeyib-içib dostlarını meşədə basdırdılar - YENİLƏNİB16:21

Memur.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, fevralın 25-dən itkin düşən 53 yaşlı Gəncə şəhər sakini Eldar Əliyevin meyiti Göygöl rayonunun Axarca kəndi ərazisində yerləşən meşə massivində basdırılmış halda aşkarlanıb. Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində məlum olub ki, hadisəni Balçılı kənd sakinləri 29 yaşlı Cavid Cəfərov, 35 yaşlı Qoçu Kərimov, 32 yaşlı Aqil Rüstəmov və 26 yaşlı Xəyal Məmmədov törədib.

Rayonun "Kəhriz Bulağı" adlanan ərazidə birgə yeyib-içdikdən sonra Cavid Cəfərov küt alətlə Eldar Əliyevə xəsarət yetirib və sonuncu hadisə yerində dünyasını dəyişib. Cavid Cəfərov həmkəndliləri ilə əlbir olaraq meyiti rayonun Axarca kəndi ərazisinə apararaq meşədə basdırıblar. Hüquq- mühafizə orqanları sözügedən ərazidən meyit çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Vasif Süleymanov - Göygöl rayon prokurorunun köməkçisi: "Göygöl rayonunun Axarca kənd inzibati ərazisində insan meyiti olması barədə rayon polis şöbəsinə və prokurorluğa daxil olan məlumat əsasında qeyd edilən ünvana baxış keçirilib. Həmin ərazidə Əliyev Eldar Heydər oğlunun torpağa basdırılmış meyiti aşkar olunub. Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaq aparılır".

Göygöl rayon Polis Şöbəsindən verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən Cavid Cəfərov və Qoçu Kərimov saxlanılaraq istintaqa təhvil verilib. Digər iki nəfər Xəyal Məmmədov və Aqil Rüstəmovun tutulması istiqamətində əməliyyat- axtarış tədbirləri davam etdirilir.

----------

12:22

Gəncə sakinini öldürən şəxs əlbir olduğu həmkəndliləri ilə birgə saxlanılıb.

Fevralın 25-dən Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verilən 53 yaşlı Gəncə şəhər sakini Eldar Əliyevin meyidi Göygöl rayonun Axarca kəndi ərazisində yerləşən meşə massivində basdırılmış halda aşkarlanıb. Kəpəz TV (Region TV) xəbər verir ki, Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları araşdırma nəticəsində məlum olub ki, hadisəni Göygöl rayon Balçılı kənd sakini, 29 yaşlı Cavid Cəfərov həmkəndliləri - 35 yaşlı Qoçu Kərimov, 32 yaşlı Aqil Rüstəmov və 26 yaşlı Xəyal Məmmədovla birgə törədib.

Rayonun "Kəhriz Bulağı" adlanan ərazidə birgə yeyib-içdikdən sonra Cavid Cəfərov küt alətlə Eldar Əliyevə xəsarət yetirib və sonuncu hadisə yerində dünyasını dəyişib. Cavid Cəfərov həmkəndliləri ilə əlbir olaraq meyidi rayonun Axarca kəndi ərazisinə apararaq meşədə basdırıblar. Polisin əraziyə keçirdiyi baxış zamanı meyit aşkar edilərək adiyyəti üzrə təhvil verilib. Və 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma davam edir.

-----------

07:27

Bir neçə gün əvvəl yoxa çıxan Gəncə şəhər sakinin Göygöldə qətlə yetirilərək basdırıldığı məlum olub.

Memur.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, rayon hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir həftə əvvəl itkin düşən Gəncə şəhər sakini, 53 yaşlı Eldar Əliyevin meyiti rayonun Axarca kəndi ərazisində yerləşən meşə massivində basdırılmış halda aşkarlanıb.

Məlumata görə, o Cavid adlı Göygöl rayon sakini tərəfindən bir həftə əvvəl qətlə yetirilərək orada basdırılıb. Cinayəti törədən şəxs saxlanılıb.

Məlumata görə, cinayət törədilən zaman ərazidə bir neçə nəfər olub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma davam edir.