Gəncədə baş həkimin – RÜŞVƏT QALMAQALI » Memur.az

Gəncədə baş həkimin – RÜŞVƏT QALMAQALI

Gəncədə baş həkimin – RÜŞVƏT QALMAQALICinayət işi açılıb.

Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkiminə cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Memur.Az-a daxil olan məlumata görə, Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkiminin qanunsuz hərəkətlərinə dair şikayətlər daxil olub.

Daxil olmuş şikayət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

“Araşdırmalar zamanı dispanserin baş həkimi Yaşar Əliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə dispanser qeydiyyatında olan və ya ümumiyyətlə disponser qeydiyyatında olmayan ayrı-ayrı şəxslərin pensiyaya qanunsuz çıxarılması məqsədilə müvafiq sənədlərin verilməsi üçün ümumilikdə 7000 manat və 12 min 600 ABŞ dolları məbləğində pulu rüşvət kimi almasına şübhələr üçün əsaslar olduğundan barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb”, - prokurorluq məlumat yayıb.

Hazırda aşkar edilmiş faktlar üzrə istintaq tədbirləri davam etdirilir.