Gəncədə piyada vurulub » Memur.az

Gəncədə piyada vurulub

Gəncədə piyada vurulubGəncədə piyada vurulub. Hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. Kəpəz TV (Region TV) xəbər verir ki, sürücüsünün kimliyi hələlik məlum olmayan "VAZ 2106" markalı avtomobil yolu keçmək istəyən şəhər sakini, 61 yaşlı Amaliya Ağayevanı vurub. Zərərçəkən hadisə şahidlərinin köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.