Bayraq meydanın yanında qəza » Memur.az

Bayraq meydanın yanında qəza

Bayraq meydanın yanında qəzaBakı-Qazax avtomagistralının Ağstafa rayonundan keçən hissəsində yol qəzası baş verib.

Memur.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, 72 BA 143 dövlət qeydiyyat nişanlı "VAZ 21 06" markalı avtomobillə 10 MM 828 nömrəli "VAZ 21-012" toqquşub. Zərbənin gücündən hər iki avtomobil bayraq meydanının bordürünə çırpılıblar.

Hadisə zamanı xəsarət alan olmayıb. Qəzanın dəqiq səbəbləri araşdırmalardan sonra bilinəcək. Bir ay əvvəl də həmin ərazidə yüksək sürətlə hərəkət edən "Naz-Lifan" markalı avtomobil yoldan çıxaraq bayraq meydanının bordürünə çırpılıb, nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.