Abid Şərifov Şəkidə » Memur.az

Abid Şərifov Şəkidə

Abid Şərifov Şəkidə

"KANAL S" (Region TV) xəbər verir ki, Şəkidə Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda qarşıya qoyulmuş vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə baş tutan iclasda Milli Məclisin deputatları, şəhər rəhbərliyi, ziyalılar, sahibkarlar iştirak ediblər. Əsas müzakirə mövzusu bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün qarşıda duran vəzifələr olub. Görüşdə şəhər ictimaiyyəti və sahibkarları narahat edən problemlər dinlənilib. Onların həlli üçün konkret tapşırıq və tövsiyələr verilib. Həmçinin, işsizlik məsələsi gündəmdə olub. Bəzi idarə və müəssisə rəhbərlərinə yeni iş yerlərinin açılması, vakant yerlərə işçi qəbul edilməsi ilə bağlı göstərişlər verilib. Hazırda müşavirə davam etdirilir.