Baş nazirin müavini Mingəçevirdə » Memur.az

Baş nazirin müavini Mingəçevirdə

Baş nazirin müavini Mingəçevirdə
Baş nazirin müavini Mingəçevirdə olub.

Memur.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, baş nazirin müavini Yaqub Eyyubov Mingəçevirdə ictimaiyyət nümayəndələri, sahibkarlar, təhsil işçiləri, gənclər və ziyalılarla görüşüb. Baş nazirin müavini problemlərin aradan qaldırılması və şəhərin inkişafı ilə bağlı müraciət və təklifləri dinləyib.

Yaqub Eyyubov bildirib ki, bu gün dünyada iqtisadi böhran daha da dərinləşib. Dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxa bilmir. Buna baxmayaraq Azərbaycanda bir çox məsələlər öz həllini tapmaqdadır. Ölkəmizdə nəzərdə tutulan bütün vəzifələr icra edilir. Baş nazirin müavini Yaqub Eyyubov Mingəçevirdə problemlərin aradan qaldırılması və şəhərin daha da inkişafı ilə bağlı sahibkarların və ictimaiyyət nümayəndələrinin bütün müraciət və təkliflərini dinləyərək onların həllinə köməklik göstəriləcəyini bildirib.