Həkimin ailəsini bıçaqla hədələyib evini qarət edənlər ələ keçdilər » Memur.az

Həkimin ailəsini bıçaqla hədələyib evini qarət edənlər ələ keçdilər

Həkimin ailəsini bıçaqla hədələyib evini qarət edənlər ələ keçdilərÖtən ilin noyabrında Balakəndə soyğunçuluq əməli törədən şəxslər saxlanılıb. Memur.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki,Ailə üzvlərini bıçaqla hədələdikdən sonra evdən müxtəlif əşyaları aparan şəxslər ilkin istintaq zamanı cinayət əməlini etiraf edilər.

Ötən il noyabrın 19-da rayonun Talalar kənd sakini, həkim kimi faəliyyət göstərən Yolçiyev Xəlifə İskəndər oğlu Polis Şöbəsinə müraciət edərək 4 maskalı şəxsin ona məxsus mənzili qarət etdiklərini bildirib. Belə ki, naməlum şəxslər onu və ailə üzvlərini bıçaqla hədələyərək pul tələb ediblər. Pul tapa bilməyən şəxslər iki ədəd mobil telefon və avtomobilin açarlarını götürərək hadisə yerini tərk ediblər.

Keçirilən əməliyyat axtarış tədbirləri öz bəhrəsini verib. Rayonun Qullar kənd sakini Yetimov Mübariz Aydın oğlu, Bakı sakinləri Məmmədov Zahid Xudaverdi oğlu, Məmmədov Fərid Fikrət oğlu, qəsdən adam öldürməyə görə 12 il məhkumluq həyatı yaşamış Abdullayev Güləli Əzizağa oğlu tutularaq istintaqa təhvil veriliblər.

Aparılmış ilkin istintaq zamanı bu şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb. Təqsirləndirilən şəxslərin digər cinayətlərdə iştirak edib etməməsi araşdırılır.