Bayram günlərinin yol qurbanları » Memur.az

Bayram günlərinin yol qurbanları

Bayram günlərinin yol qurbanları

Bayram günlərində Bakı yollarında baş verən yol-nəqliyyat hadisələri zamanı ölən və yarananların statistikası açıqlanıb.

Memur.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, 2015-ci il dekabrın 31-dən yanvarın 4-dək paytaxtın inzibati ərazisində 4 yol qəzası baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Bölmə rəisi qeyd edib ki, yanvarın 3-də havanın şaxtalı olması səbəbindən bəzi yerlərdə yollar buz bağladığından maddi zərərlə nəticələnən qəzalar baş verib. Belə ki, yol və metereoloji şərait nəzərə alınmadığından günün qaranlıq vaxtı "20 yanvar" dairəsindən 3-cü Mikrorayon" dairəsi istiqamətindəki enişdə və "Sabunçu körpüsü"nün üzərində 4 avtomobil sürüşərək toqquşublar. Nəticədə xəsarət alan olmasa da, avtomobillərə yüngül maddi zərər dəyib.

V.Əsədovun sözlərinə görə, hazırda paytaxt ərazisindəki əksər küçə və prospektlərdə yer səthi qurudur, nəqliyyatın hərəkət intensivliyi normaldır.