İşdən qayıdanda döydülər » Memur.az

İşdən qayıdanda döydülər

İşdən qayıdanda döydülər

Gədəbəy rayonunda döyülmə faktı qeydə alınıb. Kəpəz TV (Region TV) xəbər verir ki, döyülən 27 yaşlı Şirin Allahverdiyev müxtəlif bədən xəsarətləri aldığından Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı xəsarətlərin ciddi olmadığı müəyyən edilib. Xəstəxanadan verilən məlumata görə, şəxs rayonda işdən evə dönərkən naməlum şəxslər tərəfindən döyüldüyünü bildirib. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.