Xaçmazda ikimərtəbəli ev yandı » Memur.az

Xaçmazda ikimərtəbəli ev yandı

Xaçmazda ikimərtəbəli ev yandı

Xaçmaz rayonunda yanğın hadisəsi qeydə alınıb. Rayonun Alekseyevka kənd sakini Qiyaməddin İbrahimova məxsus iki mərtəbəli evdə baş verib. RTV (Region TV) xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib. 120 kvadmetr sahəsi olan evin 90 kvadratmetri içərisindəki əşyalarla birlikdə yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğının baş verməsinin səbəbləri müvafiq araşdırmalardan sonra bəlli olacaq.