İdmançımız Antalyada dünya birincisi olmağa çalışacaq » Memur.az

İdmançımız Antalyada dünya birincisi olmağa çalışacaq

İdmançımız Antalyada dünya birincisi olmağa çalışacaq

Türkiyənin Antalya şəhərində keçiriləcək dünya çempionatına Xaçmaz universal döyüş məktəbindən bir idmançı vəsiqə qazanıb.

RTV (Region TV) xəbər verir ki, komandanın yeganə təmsilçisi olan Kərəm Veyisov bu turnirdə ölkəmizi 60 kq-da təmsil edəcək.

Komanda hazırlıqlarını Xaçmaz Olimpiya İdman Kompleksində davam etdirir. İdmançılar fiziki təlimlərini başa vurduqdan sonra yığma komandanın heyətinə qatılacaqlar. Dünya çempionatı 3 versiya üzrə keçiriləcək.