İki qəzada iki nəfər yaralandı » Memur.az

İki qəzada iki nəfər yaralandı

İki qəzada iki nəfər yaralandı

Şəmkirdə baş verən 2 yol qəzasında 2 nəfər xəsarət alıb.
Kəpəz TV (Region TV) xəbər verir ki, ötən gün axşam saat 20 radələrində Şəmkir sakini, 26 yaşlı Rəşad Namazov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən "Niva" markalı maşınla toqquşub. Nəticədə "Niva"nın sürücüsü qəzadan xəsarətsiz ötüşsə də, "VAZ"ın sürücüsü qarının qapalı küt travması diaqnozu ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Vəziyyəti orta-ağırdır.

Daha bir yol qəzası isə saat 23 radələrində Çaparlı kəndi ərazisində baş verib. 23 yaşlı Fərid Əliyev idarə etdiyi "QAZ 3110" markalı maşınla hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarına aşırıb. Nəticədə sürücü qapalı kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb, vəziyyəti orta ağırdır.

Hər iki qəzanın səbəbləri Şəmkir Rayon Polis Şöbəsində araşdırılır.