"Muravey"lə "07" toqquşdu: 2 yaralı » Memur.az

"Muravey"lə "07" toqquşdu: 2 yaralı

"Muravey"lə "07" toqquşdu: 2 yaralı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 172-ci kilometrliyində, Yevlax rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Memur.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Yevlax şəhər sakini, 1962-ci il təvəllüdlü Füzuli Zakir oğlu Yusibovun idarə etdiyi "VAZ 21 07" markalı avtomobil Yevlax rayonunun Əhmədabad qəsəbə sakini Andrey Oruc oğlu Xəlilovun idarə etdiyi "Muravey" markalı motoskletlə toqquşub.

Hadisə zamanı "VAZ 21 07" də olan sərnişin Cəfər Əli oğlu Cəfərov və motoskletin sürücüsü xəsarət alıblar. Onlar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Şahidlərin sözlərinə görə, qəzaya "Muravey"in işıq fənərlərinin işlək vəziyyətdə olmaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.