Dəhşətli qəzada atasını və qardaşını itirən İsmayıldan xəbər var » Memur.az

Dəhşətli qəzada atasını və qardaşını itirən İsmayıldan xəbər var

Dəhşətli qəzada atasını və qardaşını itirən İsmayıldan xəbər var

\İsmayıllıda baş verən qəzada xəsarət alan şəxs Gəncəyə aparılıb

Memur.Az-ın Kəpəz TV-yə (Region TV) istinadən məlumatına görə, Gəncə sakini, 34 yaşlı İsmayıl İsmayılov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya Şöbəsinə gətirilib.

Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra palataya yerləşdirilib. Vəziyyəti orta ağırdır. İlkin məlumatlara görə, İsmayıl İsmayılov ötən gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunun İsmayıllı rayonunun Xəlilli kəndi ərazisindən keçən hissəsində qəzaya uğrayıb. Qəzadan sonra avtomobildə güclü yanğın baş verib. Bu zaman İsmayılın atası Aqif İsmayılov və qardaşı Məhəmməd dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.