6-otaqlı ev yandı » Memur.az

6-otaqlı ev yandı

6-otaqlı ev yandı

Memur.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, İmişlidə yanğın olub. Hadisə Heydər Əliyev prospekti, dalan 9-da yerləşən, Səxavət Sudeyib oğlu Əhmədova məxsus evdə qeydə alınıb.

Şahidlərin bildirdiklərinə görə, elektrik naqillərindəki qısaqapanmadan yaranan alov qaz balonuna keçərək qısa müddətdə evi cənginə alıb. Ümumi sahəsi 180 kvadratmetr olan 6-otaqlı evin 100 kvadratmetri içəridəki əşyalarla birlikdə yanıb.

Hadisə yerinə gələn İmişli Rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi alovu söndürərək ətrafdakı tikililərə keçməsinin qarşısını alıb. Xəsarət alanların olmadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.