15 yaşlı oğlan dostunu bıçaqladı - YENİLƏNİB » Memur.az

15 yaşlı oğlan dostunu bıçaqladı - YENİLƏNİB

15 yaşlı oğlan dostunu bıçaqladı - YENİLƏNİB
11:50

APA-nın verdiyi məlumata görə, Zəyəm qəsəbə sakini, 2000-ci il təvəllüdlü N. N. şəxsi münasibətlər zəminində dostu, 1993-cü il təvəllüdlü Vüsal Mahmudovu bıçaqlayıb. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən V. Mahmudovun vəziyyəti orta ağır-qiymətləndirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

---------

11:28

Şəmkirdə növbəti bıçaqlanma faktı qeydə alınıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, ötən gecə Şəmkir rayonu Zəyəm qəsəbə sakini, 22 yaşlı Vüsal Mahmudov bıçaq xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Yaralı dərhal əməliyyat olunub, hazırda vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırmalar davam etdirilir.