Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı 60 % artıb
bolge
12-03-2025, 10:30
5

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə göstərilən xidmətlərin sayı 59,7 % artıb.
Ümumi xidmətlərin 94 %-ni 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- "ASAN İmza" sertifikatının verilməsi;
- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- Vergi ödəyicisinə arayışların verilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
- Fiziki şəxsin uçotdan çıxarılması;
- Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.
2 ayda vergi ödəyicilərinə 247 759 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 16 görüş keçirilib, 96 sayda ünvanlı xidmət göstərilib.
Hesabat dövründə 628 müraciət üzrə 1 055 "ASAN İmza" sertifikatı verilib.