Salyanda 6,5 min hektardan çox payızlıq bitkilər əkilib
bolge
12-12-2024, 09:17
47

Bu barədə “Report”un Aran bürosuna Salyan Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu ilin dekabrın 1-nə kimi rayonda 15 min 904 hektar sahədə şum aparılıb, 6 min 576,7 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Payızlıq səpinlərin 75 hektarını xəsil, 2 min 446,7 hektarını dən üçün buğda, 4 min 055 hektarını dən üçün arpa təşkil edir.
Hazırda gələn ilin məhsulu üçün payızlıq bitkilərin səpini davam edir.