Beyləqanda 5 otaqlı ev tamamilə yanıb
bolge
15-07-2024, 09:16
105

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, rayonun Bünyadlı kəndində ümumi sahəsi 270 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.